“Yay məktəbi” dərs ilinin uzadılması demək deyil - Emin Əmrullayev

 “Yay məktəbi” dərs ilinin uzadılması demək deyil -  Emin Əmrullayev
  10 İyun 2021    Oxunub:1486
Bu günə qədər 177 935 nəfər övladlarının “Yay məktəbi”ndə oxuması üçün 253 məktəbə müraciət edib. Say kifayət qədər böyükdür və bunun artacağını gözləyirik. Burada məcburiyyət olmur. Biz kəmiyyəti deyil, keyfiyyəti əsas tuturuq.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, şagirdlərin itirdiyi biliyi “Yay məktəbi”ndə müəllimlər bir qədər yaxşılaşdıra bilər.

“İstərdim ki, şagirdlər və valideynlər öyrənməyə meyil etsinlər. “Yay məktəbi” dərs ilinin uzadılması demək deyil. Çalışırıq ki, uşaqları evdən çıxarıb, onlara nəsə öyrədək. Pandemiya dövründə şagirdlərdə müəyyən geriləmələr oldu. Bəzən müəllimlər narazılıq edir. Lakin müəllimlər şagirdləri öyrətməyə çalışmalıdır. “Yay məktəb”lərinin məzmunu daha zəngin etməyə çalışırıq”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazir   Yay-məktəbi  





Xəbər lenti