“Məqsədimiz kimisə işdən çıxarmaq deyil” - Təhsil naziri

 “Məqsədimiz kimisə işdən çıxarmaq deyil” -  Təhsil naziri
  10 İyun 2021    Oxunub:2347
Müəllimlərin sertifikasiyasını pilot olaraq bu il keçirməyi planlaşdırırıq.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib. O bildirib ki, burada məqsəd keyfiyyətli müəllimlərin düzgün qiymətləndirilməsi və təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

“Müəllimlərimizin daim peşəkarlıq səviyyəsini artırmağın tərəfdarıyıq. Azərbaycanda müəllimlər 20 yaşlarından işləməyə başlayır və adətən 40 il məktəbdə çalışır. Bu dövrdə ibtidai sinif müəllimi 10 sinfə dərs deyir. Hər sinifdə 25 uşaq varsa, 250 insanın həyatını dəyişir. Kimya, fizika və digər fənlərdə yüzlərlə şagirdin həyatı dəyişir. Sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi əsas məqsəddir”.

Nazir qeyd edib ki, payıza doğru sertifikasiya keçirilə bilər. “Prosesə cəlb olunacaq pedoqoji heyət üçün sınaqlar keçiriləcək. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim  





Xəbər lenti