HDQ nümayəndə heyəti Pakistanda görüşlər keçirib

  10 İyun 2021    Oxunub :399
HDQ nümayəndə heyəti Pakistanda görüşlər keçirib
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, əvvəlcə hərbi nümayəndə heyətimiz Pakistan dövlətinin qurucusu Məhəmməd Əli Cinnahın Kəraçi şəhərindəki mavzoleyini ziyarət edərək, məzarı üzərinə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri Donanmasını ziyarət edib.

Kontr-admiral S.Bəkirovun Pakistan HDQ Donanmasının komandiri kontr-admiral Ovais Ahmad Bilqrami ilə görüşü zamanı Azərbaycan və Pakistan HDQ-nin əməkdaşlığı çərçivəsində döyüş gəmiləri arasında təcrübə mübadiləsinin aparılması, hərbi dənizçilərin qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə olunub.

Nümayəndə heyəti Pakistan HDQ Kəraçi Komandanlığının komandanı kontr-admiral Navid Aşraf ilə də görüşüb. Tərəflər hərbi dəniz infrastrukturunun inkişaf etdirilməsi, dəniz limanlarının mühafizəsinin təşkili və digər məsələləri nəzərdən keçiriblər.

Azərbaycan hərbi nümayəndə heyəti Kəraçi Gəmiqayırma və mühəndislik işləri zavodunu da ziyarət edib. Müəssisə rəhbərliyi ilə keçirilən görüşlərdə zavodun istehsal gücü, müxtəlif növ və təyinatlı gəmilərin taktiki-texniki xüsusiyyətləri, onların döyüş tətbiqi, eləcə də silahlanmasında olan döyüş vasitələri barədə ətraflı brifinq təqdim edilib.

Sonra tərəflər gəmiqayırma və gəmilərin texniki xidməti üzrə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıb.

Azvision.az

Teqlər: