Bu gün futbol üzrə Avropa çempionatı başlayır

İlk oyunda A qrupunda mübarizə aparan İtaliya və Türkiyə komandaları üz-üzə gələcək.
Qeyd edək ki, A qrupunun 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.
AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.
Azvision.az
Teqlər: AVRO-2020