Bakıda iki uşaq evində çatışmazlıqlar aşkarlandı
Başçəkmələr zamanı uşaq evlərinin bütün ərazisinə baxış keçirilib, uşaqların müdafiə, sağlamlıq, inkişaf hüquqlarının təmini məsələləri öyrənilib, o cümlədən qidalanma səviyyəsi, tibbi yardım və psixoloji işin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, bir sıra çatışmazlıqlar müəyyən edilib.
Rəftar məsələlərinin araşdırılması məqsədilə karantin rejimi qaydalarına əməl olunmaqla müəssisə rəhbərliyi, həmçinin uşaqlarla təsadüfi seçim əsasında fərdi və qrup şəklində söhbətlər aparılıb.
Başçəkmələr zamanı aşkar olunmuş və yerində aradan qaldırılması mümkün olan bəzi sanitar-gigiyenik və təhlükəsizlik məsələləri ilə bağlı müəssisə rəhbərliyinə görülməli tədbirlər haqqında tövsiyələr verilib, habelə uşaqların hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici söhbət aparılıb. Aşkar olunmuş çatışmazlıqlarla bağlı müvafiq quruma müraciət ediləcək.
Azvision.az
Teqlər: Uşaq-evi