Ukrayna ABŞ və İngiltərədən hərbi yardım istədi

Ukrayna ABŞ və İngiltərədən hərbi yardım istədi
  11 Mart 2014    Oxunub:969
Krım Ali Şurası isə yarımadanın müstəqilliyi haqqında bəyannamə qəbul edib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Ali Rada 1994-cü ildə imzalanan Budapeşt memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyünün təminatçısı olan ABŞ, Böyük Britaniya və Rusiyaya müraciət edib.

Müraciətdə Krıma rus qoşunlarının yeridilməsi ilə vəziyyətin gərginləşdiyi vurğulanır.
Zamanında nüvə dövləti olmaqdan könüllü imtina edən rəsmi Kiyev ərazi bütövlüyünün saxlanması üçün London və Vaşinqtonun diplomatik, siyasi, iqtisadi və hərbi addımlar atmasını istəyir.

Eyni vaxtda Rusiya müraciət edən ukraynalı deputatlar rus qoşunlarının Krımın işğalını dayadırmasını və ərazini tərk etməsini istəyir.

Xatırladaq ki, bugün Krım Ali Şurası ölkənin müstəqilliyi haqqında bəyannamə qəbul edib. 100 deputatdan 78-i qərarın leyhinə səs verib. Sabiq prezident Viktor Yanukoviç isə Rostov şəhərində keçirdiyi mətbuat konfransında hələ də ölkənin legitim prezidenti olduğunu və vəziyyət sabitləşdikdən sonra Kiyevə geri dönəcəyini söyləyib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti