Bakı AVRO-2020-nin ən populyar 3 şəhəri sırasında

   Bakı AVRO-2020-nin ən populyar 3 şəhəri sırasında
  11 İyun 2021    Oxunub:876
Bakı futbol üzrə Avropa çempionatının keçiriləcəyi şəhərlər arasında populyarlığına görə ilk üçlükdə yer alıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın "TurStat" portalı məlumat yayıb.

Turistlər arasında populyarlığına görə, ilk üç sırada Bakı ilə yanaşı, Sankt-Peterburq və Budapeşt də yer alıb.

Qeyd edək ki, Sankt-Peterburda Avropa çempionatının 7, Bakı və Budapeştdə isə 4 oyunu keçiriləcək.

Azvision.az


Teqlər: Bakı   AVRO-2020  





Xəbər lenti