Nöqsanlara yol verən direktor işdən çıxarıldı

  11 İyun 2021    Oxunub :449
 Nöqsanlara yol verən direktor işdən çıxarıldı
Bakıda məktəb direktoru işdən çıxarılıb.
Bu barədə Azvision.az -a Bakı Şəhəri üzrə Təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova işdə yol verdiyi nöqsanlara, fəaliyyətindəki uyğunsuzluğa və ərizəsi əsasında işdən çıxmaq istəyi nəzərə alınaraq tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, dünən təhsil naziri Emin Əmrullayevə "Facebook"da canlı yayımı zaman direktorla bağlı vətəndaşlar tərəfindən şikayətlər yazılırdı.

Azvision.az

Teqlər: Direktor