Prezident və birinci xanım Patriarx Kirillə başsağlığı verdi

 Prezident və birinci xanım Patriarx Kirillə başsağlığı verdi
  11 İyun 2021    Oxunub:1813
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı məktubu ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, məktubda deyilir:

"Zati-müqəddəsləri,

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti