Yanukoviç ABŞ-ı günahlandırdı

Yanukoviç ABŞ-ı günahlandırdı
  11 Mart 2014    Oxunub:958
`Mən ölməmişəm, sağam və hələ də bu ölkənin prezidentiyəm`.
Ölkəsində baş verən dövlət çevrilişindən sonra Rusiyaya sığınanan Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç bugün yenidən mediya qarşısına çıxıb.

Mediyada səhhətindəki problemlərlə bağlı yayılan xəbərləri təkzib edən Yanukoviç Ukraynadakı çevrilişə də münasibət bildirib. Hakimiyyətdən getmədiyini, hələ də Ukrayna ordusunun ali baş komandanı olduğunu deyən Viktor Yanukoviç, yenidən Kiyevə qayıdacağını bəyan edib.

Administrasiyasına qarşı çevrilişlə nəticələnən toqquşmalara görə, Qərb ittifaqını günahlandıran Yanukoviç ABŞ-ı Bandit rejimi maliyyələşdirməkdə ittiham edib: "Ukraynada mayın 25-də keçiriləcəyi açıqlanan seçkilər qanuni deyil.

Bu seçkilər Ukrayna konstitusiyasının 103-cü maddəsinə ziddir. Ona görə də mən dünya ictimaiyyətindən bu qanunsuz çevrilişi dəstəkləməməyə və bandit rejimi maliyyələşdirməməyə səsləyirəm. Yeri gəlmişkən hamının bildiyi kimi, ABŞ Ukraynadakı bandit rejimə 1 milyard dollarlıq yardım göndərib. Hansı ki, ABŞ-ın öz konstitusiyası da qanunsuz rejimlərə maliyyə yardımlarını qadağan edir".


Teqlər:





Xəbər lenti