Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

 Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu
  11 İyun 2021    Oxunub:1704
İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.

Azvision.az


Teqlər: MN   Atəşkəs  





Xəbər lenti