FHN AVRO-2020-yə görə gücləndirilmiş iş rejiminə keçdi

FHN AVRO-2020-yə görə gücləndirilmiş iş rejiminə keçdi
  11 İyun 2021    Oxunub:1481
UEFA Avropa Çempionatının bir neçə oyununun Bakı şəhərində keçiriləcəyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, Nazirlikdə Qərargah yaradılıb. Həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb.

Bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti