ANAMA rəhbəri Pakistan səfirilə danışıqlar apardı

ANAMA rəhbəri Pakistan səfirilə danışıqlar apardı
  11 İyun 2021    Oxunub:1216
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə ANAMA-nın Tvitter hesabında paylaşım edilib.

Qeyd olunub ki, görüşdə qardaş ölkənin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə mümkün töhvə verməsi barədə fikir mübadiləsi aparılıb.

Azvision.az





Teqlər: Azərbaycan   Pakistan  





Xəbər lenti