Ceyhun Bayramov yeni səfirə uğurlar arzuladı

Ceyhun Bayramov yeni səfirə uğurlar arzuladı
  11 İyun 2021    Oxunub:901
Xarici işlər naziri Ceyhun Bayramov iyunun 11-də Yeni Zelandiyanın Azərbaycana yeni təyin edilən qeyri-rezident səfiri Vendi Hintonu qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir Ceyhun Bayramov Vendi Hintonu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan və Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin inkişafı perspektivlərini qeyd edib və əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir, həmçinin səfir Vendi Hintona münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə vəziyyət, mina təhlükəsi və doğurduğu fəsadlar, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib.

Səfir Vendi Hinton ölkəsinin bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, texnoloji tətbiqlər, su elektrik stansiyaları və digər sahələrində inkişaf etdiyini bildirib, bu və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  





Xəbər lenti