Bir gündə 40 minə yaxın peyvənd vurulub

 Bir gündə 40 minə yaxın peyvənd vurulub
  11 İyun 2021    Oxunub:1529
İyunun 11-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 39 min 985 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 917, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4068 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 702 min 23-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 748 min 35, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 953 min 988 nəfərdir.



Azvision.az


Teqlər: Peyvənd   Vaksinasiya  





Xəbər lenti