Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu

 Məmmədyarov Aronyanı məğlub edərək liderliyini qorudu
  11 İyun 2021    Oxunub:1595
Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin altıncı turunun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Şahmatçımız rəqibini məğlubiyyətə uğradıb.

Teymur Rəcəbov isə yerli idmançı Boqdan-Daniel Dyakla heç-heçə edib. Turun digər oyunlarında Rumıniyanın daha bir təmsilçisi Konstantin Lupulesku Aleksandr Qrişuka (Rusiya) məğlub olub. ABŞ təmsilçisi Uesli Sonun niderlandlı Aniş Giri ilə oyunu davam edir. Onun həmyerlisi Fabiano Karuana isə fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə oynayıb.

Qeyd edək ki, Ş.Məmmədyarov 4 xalla turnir cədvəlində A.Qrişukla ilk iki pilləni bölüşür.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Azvision.az


Teqlər: ŞəhriyarMəmmədyarov  





Xəbər lenti