“Çıraqqala”nın bərpası ilin sonunda yekunlaşacaq
“Qalanın bərpa-konservasiya işlərinə yerli mütəxəssislər cəlb olunub. Eyni zamanda, xarici ekspertləri də dəvət etmişik, onlar aparılan işləri yüksək qiymətləndiriblər”.
Bundan əlavə, A.Kərimov qeyd edib ki, “Çıraqqala” ilə yanaşı, digər istehkam tipli qurğuların UNESCO-nun mədəni irs siyahısına salınması ilə bağlı planlar var.
Onun sözlərinə görə, “Çıraqqala”nın turizm imkanlarının artırılması istiqamətində işlər aparılır. Bununla bağlı hazırlanan konsepsiya yaxın zamanlarda təqdim olunacaq.
Azvision.az
Teqlər: