“Azərbaycanın humanitar addımını alqışlayıram” - Şarl Mişel

  “Azərbaycanın humanitar addımını alqışlayıram” -    Şarl Mişel
  12 İyun 2021    Oxunub:1702
Azərbaycanın və Ermənistanın paralel humanitar addımlarını - saxlanılanların qaytarılmasını və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayıram.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Tvitter hesabında yazıb

Bunun etimadın yenilənməsi istiqamətində atılan ilk addım olduğunu bildirən Şarl Mişel qeyd edib: “Avropa İttifaqı bu prosesi dəstəkləyib və bu inkişafın genişlənməsi üçün yardım təklif etməyə davam edəcək”.

Qeyd edək ki, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Oxşar xəbər:

Azərbaycanın diplomatik uğuru: Ağdamın mina xəritəsi ölkəmizə verildi

Azvision.az


Teqlər: ŞarlMişel  





Xəbər lenti