Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda qeyd etdi - FOTOLAR

 Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda qeyd etdi -   FOTOLAR
  14 İyun 2021    Oxunub:3124
Bu gün “Son zəng”i Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində qarşılayırıq.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində yazıb.

Nazir bildirib ki, 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyan məktəb hər iki Qarabağ müharibəsi zamanı daim atəşə məruz qalıb.

"Neçə-neçə uğurlu vətəndaşlar yetişdirən məktəbdən bu gün 21 şagirdimiz məzun olur, “Son zəng”i Qələbə sevinci ilə yola salırlar", - E.Əmrullayev qeyd edib.







Azvision.az


Teqlər: Təhsil-naziri   Emin-Əmrullayev  





Xəbər lenti