Bu ölkədə Azərbaycan səfirliyi təsis edilir

  14 İyun 2021    Oxunub :670
Bu ölkədə Azərbaycan səfirliyi təsis edilir
Azərbaycan Respublikasının Bosniya və Herseqovinanın Sarayevo şəhərində səfirliyi təsis ediləcək.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Dövlətimizin başçısının iyunun 14-də imzaladığı Sərəncamla isə Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Azvision.az

Teqlər: Azərbaycan   Səfirlik  






Xəbər lenti