Qarabağda aşkarlanan minaların sayı açıqlandı

Qarabağda aşkarlanan minaların sayı açıqlandı
  14 İyun 2021    Oxunub:1633
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, iyunun 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 596, tank əleyhinə 54 mina və 144 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 116 762 m² (111,6 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



Azvision.az


Teqlər: Mina  





Xəbər lenti