Gündəlik yoluxma sayı 25-ə düşdü

  14 İyun 2021    Oxunub :631
Gündəlik yoluxma sayı 25-ə düşdü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.



İndiyədək ölkədə ümumilikdə 335 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 nəfər vəfat edib, aktiv xəstə sayı 1542 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.

Azvision.az

Teqlər: Koronavirus   Yoluxma  






Xəbər lenti