Füzuli aeoroportunda ilk sınaq uçuşunun vaxtı açıqlandı

   Füzuli aeoroportunda ilk sınaq uçuşunun vaxtı açıqlandı
  14 İyun 2021    Oxunub:1319
Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun vaxtı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev Prezident İlham Əliyevə aeroportda görülən işlərlə bağlı məlumat verərkən bildirib.

"Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək", - deyə K.Əliyev vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gediblər. Dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Azvision.az


Teqlər: Füzuli  





Xəbər lenti