Ərzağın qiyməti dəyişməyib
AzVision.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,1 faiz, kartofun 0,3 faiz, lobya dəninin 0,4 faiz, kələmin 1,1 faiz, qırmızı turpun 0,1 faiz, baş sarımsağın 0,6 faiz, göy soğanın 1,9 faiz, quru otun 0,4 faiz, yoncanın istehsalçı qiymətləri 1,9 bahalaşıb, baş soğanın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 29,1 və 3,4 faiz ucuzlaşıb, heyvanın istehsalçı qiymətləri 1,3 faiz, şabalıdın 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 4,6 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,0 faiz, qoyun ətinin (diri çəkidə) 0,8 faiz, camışın 0,6 faiz, südün 0,1 faiz, quş ətinin (diri çəkidə) 4,9 faiz, yumurtanın istehsalçı qiymətləri 0,3 bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində mal ətinin (diri çəkidə) 0,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.
Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 0,2 faiz bahalaşma müşahidə olunub.