“Ölüm halları minimum səviyyəyə enib” - TƏBİB rəsmisi
Bunu Azvision.az -a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
N.Mustafayeva bildirib ki, yoluxma və ölüm hallarının azalması pandemiyanın bitməsi anlamına gəlməməlidir.
“Biz bir neçə dəfə buna bənzər hal görmüşük və sonradan alovlanmaları yaşamışıq. Bu dəfə ümid edirik elə olmaz. Lakin bu, insanlarda arxayınçılıq yaratmamalıdır. Bir sıra yumaşlamalara gedilib, məhdudiyyətlər aradan qaldırılıb. Yerdə qalan hallarda qapalı məkanlarda, insanların kütləvi olduğu yerlərdə daha diqqətli olsaq, maskadan istifadə etsək, vaksinasiya olunsaq, əldə edilən uğuru qoruyub saxlaya bilərik. Bu davamlı və effektiv olar. Əhalinin aktiv hissəsinin müəyyən bir qismi xəstəliyi keçirərək sağalıb və immunitet qazanıb. Yerdə qalan əhalinin aktiv hissəsi isə vaksinasiya olunub. Nə qədər çox insanı vaksinasiya ilə əhatə etsək, bir o qədər də bu gedişat davamlı və uzunmüddətli ola bilər".
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


