Peyvənd olunanların sayı açıqlanıb

   Peyvənd olunanların sayı açıqlanıb
  15 İyun 2021    Oxunub:1077
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40705 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 850, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 855 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2816346, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 842 954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 973 392 təşkil edir.

Azvision.az


Teqlər: Peyvənd  






Xəbər lenti