“Şuşa Bəyannaməsi yeni bir dirilişin müjdəsidir” - Komitə sədri

“Şuşa Bəyannaməsi yeni bir dirilişin müjdəsidir” -  Komitə sədri
  15 İyun 2021    Oxunub:1546
Bu gün işğaldan azad edilmiş doğma Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında "Müttəfiqlik haqqında" Şuşa bəyannaməsi imzalandı. Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələr müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Qurtuluş günü imzalanan bu sənəd yeni bir dirilişin, yenidən doğuluşun müjdəsidir. Gözün aydın Azərbaycan, Gözün aydın Türkiyə!",- deyə komitə sədri bildirib.

Azvision.az


Teqlər: Bahar-Muradova  






Xəbər lenti