Ukrayna Rusiyaya nota verib

Ukrayna Rusiyaya nota verib
  12 Mart 2014    Oxunub:1063
Ukrayna Rusiyaya növbəti dəfə nota verib.


AzVision.az-ın xarici mətbuata istinadla verdiyi məlumata görə, Ukrayna Xarici İşlər Nazirliyinin Rusiyanın bu ölkədəki səfirinə təqdim etdiyi notada Rusiyanın Baltika donanmasına aid gəmilərin Ukrayna ərazisindən təcili olaraq çıxarılması tələb olunur.

Ukraynanın Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis keçirdiyi brifinqdə bildirib ki, notada sözügedən gəmilərin Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə təhdid olduğu vurğulanıb.

O, qeyd edib ki, Rusiya hərbi gəmilərinin yerdəyişməsi BMT-nin dəniz hüququ üzrə konvensiyasının sülh keçidinin həyata keçirilməsi müddəasının icrası olaraq qiymətləndirilə bilməz. Y.Perebıynis Rusiyanin hərbi addımlarının Rusiyanın Qara dəniz donanmasının status ilə bağlı 1997-ci ildə imzalanan razılaşma, eləcə də digər ikitərəfli razılaşma və beynəlxalq hüquq aktlara zidd olduğunu söyləyib.



Teqlər:  





Xəbər lenti