24 minədək şagird buraxılış imtahanı verib - YENİLƏNB
İmtahanlar 12 (Bakı şəhərinin Xətai, Xəzər, Yasamal rayonlarında, həmçinin Beyləqan, Gədəbəy, Göyçay, Göygöl, Masallı, Oğuz, Salyan, Tovuz, Xaçmazda) şəhər və rayonda keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 105 imtahan binası, 1853 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 105 ümumi imtahan rəhbəri, 297 imtahan rəhbəri, 2313 nəzarətçi-müəllim, 210 buraxılışı rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 23920 şagirdin iştirakı gözlənilirdi.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən iştirakçıların bədən hərarətləri normaya uyğun olub.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.
Azvision.az