“Azərkosmos”a yeni sədr təyin edildi

“Azərkosmos”a yeni sədr təyin edildi
  16 İyun 2021    Oxunub:2169
Saməddin Əsədov Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri təyin edilib.
Bu barədə Azvision.az -a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, bu vəzifəyə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təyin olunub. S. Əsədov bu vəzifəni müvəqqəti icra edən Rövşən Rüstəmovu (hazırda Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiya nazirinin müavini – red.) əvəz edib.

Xatırladaq ki, S. Əsədov bundan öncə "Azəekosmos"un Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Azvision.az



Teqlər: NRYTN  






Xəbər lenti