“Siqareti yandırıb yarama basırdılar” - Keçmiş əsir
Azvision.az xəbər verir ki, bunu Yasamal Rayon Məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş Zaur Rzayev deyib.
Zərərçəkmiş bildirib ki, Lüdvik Mkrtiçyan azərbaycanlı əsirləri avtomatın qundağı ilə, dəmir parçası və armaturla döyürdü:
"Daş daşıyırdıq, ac-susuz olurduq, gücümüz çatmırdı daşımağa. Lüdvik məni avtomatın qundağı və avtomatla döyürdü, cəld işləməyi tələb edirdi. Bizi növbə ilə döyürdülər. 5 nəfərlik dəstə bir həftə gəlib işgəncə verirdi, onlar gedirdi, yeni dəstə gəlirdi, onlar da döyürdü. Başımda döyülməkdən çapıqlar var, avtomatın sünbəsini ocaqda qızdırıb basırdı sinəmə, güllə yarası olan yerə basırdı".
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


