Xəzər dənizinin çirklənmə səbəbi açıqlandı
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
“Dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olmaması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər. Çimərlik mövsümü başlamamışdan öncə ərazidən dəniz suyu nümunələr götürülür, laboratoriyada müayinələr aparılır”.
Z.Kazımov qeyd edib ki, Abşeron yarımadasında, Xəzər rayonunda, Binəqədi rayonu ərazisində olan çimərliklərdən istifadə məqsədəuyğundur.
Aytən Zəhra
Azvision.az
Teqlər: Xəzər-dənizi