"Suda boğulmalar qeyri-qanuni çimərliklərdə olur" - Ziyəddin Kazımov

"Suda boğulmalar qeyri-qanuni çimərliklərdə olur" -  Ziyəddin Kazımov
  16 İyun 2021    Oxunub:2969
Bu gün Abşeron yarımadasında və Xəzər dənizinin sahilyanı zonasında fəaliyyət göstərən dövlət və özəl sektora məxsus çimərliklərdə formalaşan məişət tullantılarının daşınması üçün ikitərəfli müqavilələrin bağlanmasına meyillik yoxdur.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. O bildirib ki, qanuni təşkil olunmuş çimərlik ərazisinda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, tibb işçiləri və digər əməkdaşlar olur.

“FHN-in tabeliyində göstərən xilasedici məntəqələrin sayı 24-ə qədərdir. Suda boğulmalar qeyri-qanuni fəaliyyət göstərən çimərliklərdə olur. Buralarda xilasedici məntəqələr və tibb işçiləri olmur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dəniz   ETSN  






Xəbər lenti