“Məscidlərdən tövlə kimi istifadə etmiş ölkə müsəlmanların dostu ola bilməz” - Prezident

  16 İyun 2021    Oxunub :590
  “Məscidlərdən tövlə kimi istifadə etmiş ölkə müsəlmanların dostu ola bilməz” -    Prezident
"İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib. Fürsətdən istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Yusif bin Əhməd əl-Osayminə aprel ayında ölkəmizə səfər etdiyinə və Qələbəmizlə bağlı səmimi təbrikinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm".
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Baş katib vəzifəsində o, Azərbaycana altı dəfə səfər edib. Bu, onun ölkəmizə olan dəstək və ehtiramının təzahürüdür. Baş katib İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun artması və üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi işinə böyük töhfə verib.

Bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, habelə ICESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olub.

Biz Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev  






Xəbər lenti