Laçında ölən hərbçilərə şəhid statusu veriləcək

   Laçında ölən hərbçilərə şəhid statusu veriləcək
  17 İyun 2021    Oxunub:821
Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında ölən hərbi qulluqçularına şəhid statusu veriləcək.
Bu barədə Azvision.az -a DSX-dən məlumat verilib. Bildirilib ki, qanunvericiliyə əsasən, yol qəzasında ölən hərbi qulluqçularımıza şəhid statusu veriləcək.

Qeyd edək ki, ötən gün saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

Azvision.az


Teqlər: DSX  





Xəbər lenti