Ötən il inzibati məhkəmələrə 16 mindən çox müraciət olunub

   Ötən il inzibati məhkəmələrə 16 mindən çox müraciət olunub
  17 İyun 2021    Oxunub:863
2011-ci ildən fəaliyyət göstərən inzibati məhkəmələrdə baxılan işlərin təhlili onu göstərir ki, vətəndaşlar tərəfindən bu məhkəmələrə müraciətlərin sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov deyib. Onun sözlərinə görə, əgər 2011-ci ildə birinci instansiya qismində inzibati məhkəmələrə 6 818 müraciət olmuşdusa, 2017-ci ildə bu rəqəm 27 245-ə, 2019-cu ildə 19 862-yə, pandemiyanın hökm sürdüyü 2020-ci ildə isə 16 348-ə çatıb:

"Bu, sözsüz ki, ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində məhkəmə müdafiəsi hüququnun reallaşdırılması imkanlarının genişləndirilməsi, məhkəməyə daha asan əlçatanlığın təmin edilməsi ilə bağlıdır. Bu gün pensiya, müavinət və digər sosial təminatların alınması ilə bağlı işlər, vergi, gömrük, sosial sığorta ödəmələri, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması, tikinti hüququnun həyata keçirilməsi, inzibati orqanların publik hüquq sahəsində həyata keçirdikləri fəaliyyətlə bağlı vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi, inzibati orqanla hakim, dövlət qulluqçusu və hərbi qulluqçu arasında xidməti hüquq münasibətləri ilə bağlı işlərə, eləcə də, inzibati orqanların publik hüquq sahəsindəki fəaliyyətlərindən doğan digər bir çox mübahisələrə inzibati məhkəmələrdə baxılır".

Azvision.az


Teqlər: İnzibati-məhkəmə  





Xəbər lenti