"Apelyasiya və kassasiya məhkəməsində baxılan işlərin sayı artıb" - Xəqani Məmmədov

   "Apelyasiya və kassasiya məhkəməsində baxılan işlərin sayı artıb" -    Xəqani Məmmədov
  17 İyun 2021    Oxunub:1062
Statistik rəqəmlərin təhlili göstərir ki, 2011-2020-ci illərdə birinci instansiya məhkəmələrində mahiyyəti üzrə baxılmış və qərar çıxarılmaqla həll edilmiş işlərin sayında vətəndaşların xeyrinə yekunlaşmış işlərin sayı həmişə yüksək olub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov deyib. Onun sözlərinə görə, 2011-ci ildə baxılmış işlərin 84,1 faizi, 2012-ci ildə 80,3 faizi, 2013-cü ildə 80,5 faizi, 2014-cü ildə 84,5 faizi, 2015-ci ildə 82,7 faizi, 2016- cı ildə 84,4 faizi, 2017-ci ildə 90,6 faizi, 2018-ci ildə 87,6 faizi, 2019-cu ildə 70,1 faizi və 2020-ci ildə isə 56,9 faizi vətəndaşların xeyrinə yekunlaşıb:

"Bu rəqəmlər isə, fikrimizcə, inzibati məhkəmələrin vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malik olduğunun təsdiqi kimi qəbul edilə bilər. 2020-ci ilin rəqəmlərinə diqqət yetirdikdə görünür ki, ötən il məhkəmələrin icraatında olmuş işlərin 23 faizini sosial təminat və pensiya hüququ, 24 faizini hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, 11,6 faizini müharibə veteranı adı və vəsiqəsinin verilməsi, 7,5 faizini yaşayış yeri üzrə qeydiyyata alma və qeydiyyatdan çıxarılma, 5,3 faizini vergi, 2,2 faizini xidməti hüquq münasibətləri, 26 faizini isə digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də bələdiyyələrin qərar və hərəkətləri ilə bağlı mübahisələr təşkil edib",

Xəqani Məmmədov bildirib ki, ötən illərin təcrübəsi həm də onu göstərir ki, inzibati işlər üzrə apelyasiya və kassasiya məhkəməsində baxılan işlərin sayında da artım olub:

"Belə ki, ölkə üzrə 2011-ci ildə 414, 2012-ci ildə 1555, 2013-cü ildə 2307, 2014-cü ildə 2601, 2015-ci ildə 3039, 2016-cı ildə 3881, 2017-ci ildə 4608, 2018-ci ildə 5284, 2019-cu ildə 3881, 2020-ci ildə isə 3615 işdən apellyasiya instansiyası məhkəmələrinə şikayət verilib. Öz növbəsində Ali Məhkəməyə verilmiş kassasiya şikayətlərinin sayı da ilbəil artıb. Belə ki, 2011-ci ildə 130, 2012-ci ildə 840, 2013-cü ildə 1606, 2014-cü ildə 1693, 2015-ci ildə 1885, 2016-cı ildə 2458, 2017-ci ildə 2666, 2018-ci ildə 3166, 2019-cu ildə 3960, 2020-ci ildə isə 2701 işdən kassasiya şikayəti verilib".

Azvision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti