Bir sıra ölkədən quşçuluq məhsullarının idxalı dayandırıldı

Bir sıra ölkədən quşçuluq məhsullarının idxalı dayandırıldı
  17 İyun 2021    Oxunub:1534
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a bildiriblər ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Albaniyanın Durres, Tirana, Kukes, İraqın Bəsrə, Lesoto Krallığının Leribe, İngiltərənin Şimali Yorkşir, Şimali İrlandiyanın Lisbern və Kaslri, Orta və Şərq Antrim inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Kvazulu-Natal əyalətində dabaq xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Cənubi Afrika, Albaniya, İraq, Lesoto Krallığından, İngiltərədən, Şimali İrlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Azvision.az



Teqlər: AQTA   Quşçuluq  





Xəbər lenti