Azay Quliyev seçicilərlə görüşüb
Seçicilərin qaldırdıqları məsələləri görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri , o cümlədən rayon bələdiyyəsinin rəhbəri aidiyyatı üzrə qeydə alıb və onların həlli deputat tərəfindən nəzarətə götürülüb.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin şöbə müdiri Emin Mustafayev iştirak edib.
Teqlər: