İçib-içib döydülər

İçib-içib döydülər
  12 Mart 2014    Oxunub:1178
Gəncədə Məmmədovlar ailəsinin yaşadığı Muxtar Hacıyev küçəsi, mənzil 15-də xuliqanlıq baş verib. 3 sərxoş şəxs daxil olub və ev sahibini əllərindəki dəmir alətlə döyüblər.
Aldığı xəsarətlərlə 59 yaşlı Qabil Məmmədov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Yaralı tanımadığı insanlar tərəfindən döyüldüyünü deyir.

Həkimlərin sözlərinə görə, aldığı zərbə xəstənin həyatı üçün təhlükəli deyil. Yaralıya ilkin yardım göstərilib.

Qeyd edək ki, basqın zamanı ailənin bütün üzvləri evdə olub. Hazırda faktla bağlı araşdırma aparılır (Kəpəz TV).


Teqlər:





Xəbər lenti