Azərbaycan Türkiyədəki təlimdə 4 təyyarə ilə iştirak edəcək

   Azərbaycan Türkiyədəki təlimdə 4 təyyarə ilə iştirak edəcək
  18 İyun 2021    Oxunub:747
Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi iyun ayının 21-də başlayacaq.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, gedişi və mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarələri iştirak edəcək.



Azvision.az


Teqlər: Türkiyə   Təlim  





Xəbər lenti