Meksika səfiri Seysmoloji Xidmət Mərkəzində olub
Diplomat Mərkəzin direktoru Qurban Yetirmişli ilə görüşüb.
Keçən ilin sonlarında baş tutan görüşü xatırladan tərəflər keçirilmiş danışıqların nəticəsini, eləcə də qeyd olunan müddət ərzində görülmüş işləri müzakirə ediblər. Mərkəzin direktoru növbəti layihələr və gələcək perspektivləri haqqında məlumat verib.
Meksika səfiri, öz tərəfindən, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin qurulmasında Meksika qurumlarının, ələlxüsus da Meksika Milli Muxtar Universitetinin Geofizika İnstitutu və Meksika Milli Seysmoloji Xidmətinin marağını çatdırıb. Münasibətlərin çiçəklənməsində ikitərəfli hüquqi bazanın əhəmiyyəti qeyd olunub.
Tərəflər hər iki ölkənin ekspertlərinin təcrübə mübadiləsi aparması, birgə konfransların keçirilməsi, nəşrlərin işlənməsi və s. mümkün ola biləcək geologiya və geofizikanın bəzi sahələrini vurğulayıblar. Bu mövzuda elmi əməkdaşlığa təkan vermək üçün işin əlaqələndirilməsi barədə razılığa gəlinib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: