Hərbi alpinistlərin fəth edəcəyi zirvə “Zəfər” adlandırılacaq
Alpinistlərin fəth edəcəyi adsız zirvə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin şərəfinə “Zəfər” adlandırılacaq. Hərbçilərin iştirak etdiyi alpinist ekspedisiyası hava şəraiti nəzərə alınaraq iyunun 19-dan 30-dək keçiriləcək.
Ekspedisiyanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayev fəth ediləcək zirvəyə yola düşməzdən əvvəl digər alpinistlərlə birlikdə Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın məzarlarını ziyarət ediblər.
Azvision.az