Əcnəbi vətəndaşdan oğurluq edən şəxs saxlanıldı

Əcnəbi vətəndaşdan oğurluq edən şəxs saxlanıldı
  19 İyun 2021    Oxunub:1269
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə iyunun 18-də rayon ərazisindəki hostellərin birindən orada müvəqqəti yaşayan əcnəbi vətəndaşın içərisində 100 manat, 50 avro məbləğində pul, 3 bank kartı olan pulqabısının, 2 mobil telefonunun və qulaqcığının oğurlanması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini E.Cambazov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər:





Xəbər lenti