FHN qanunsuz tikinti işlərinin qarşısını alıb- Video

  20 İyun 2021    Oxunub :511
FHN qanunsuz tikinti işlərinin qarşısını alıb-    Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
FHN-dən Azvision.az - a verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vağzal küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.

Faktla əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.







Azvision.az


Teqlər:






Xəbər lenti