Putini Hitlərə bənzətdilər - FOTOLAR

Putini Hitlərə bənzətdilər - FOTOLAR
  11 Mart 2014    Oxunub:1074
Çexiyada şəhər icra hakimiyyətinin binası üzərində Rusiya Prezidenti Vladimir Putinin Adolf Hitler obrazında nəhəng şəklini asıblar. Banneri “Delommunizasiya (Dekomunizace) ictimai təşkilatı meriyanın icazəsi ilə yerləşdirib. Təşəbbüskarların sözlərinə görə, sözügedən aksiya Ukrayna əhalisinə dəstək, eləcə də Çexiya parlamentinin , Avropa İttifaqı və NATO-nun diqqətini çəkmək məqsədi daşıyır.

Onlar Rusiyanı demokratiyaya təhlükə kimi qiymətləndirirlər.

Putinin banneri Meriya binasında çox qalmayacaq. Şəhər sakinlərinin etirazlarına əsasən məsələyə Çexiya polisi də qoşlub. Bunun nəticəsində yerli məhkəmə bannerin asılmasını qeyri-qanuni hesab edib və aksiya təşkilatçılarına şəklin iş gününün sonuna kimi yığışdırılması əmr edilib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti