Tozlu hava neçə gün davam edəcək?

Tozlu hava neçə gün davam edəcək?
  20 İyun 2021    Oxunub:952
Havada toz dumanı davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az - a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

Azvision.az



Teqlər: toz   hava  





Xəbər lenti