Ermənilər bütün dini abidələrimizi məhv edib - Mübariz Qurbanlı

  21 İyun 2021    Oxunub :483
   Ermənilər bütün dini abidələrimizi məhv edib -    Mübariz Qurbanlı
İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, kilsələrin, Qafqaz Albaniyasına aid məbədlər və digər dini abidələrin bərpa olunması istiqamətində ciddi işlər həyata keçirilir.

Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.
M.Qurbanlı bildirib ki, işğalçı ermənilər həmin ərazilərdə bütün dini abidələri məhv ediblər: “Bu, böyük bir vandallıqdır. Ermənilər məscidlərlə yanaşı, kilsələri də dağıdıblar. Pravoslav kilsələri ya dağıdılıb, ya da erməni kilsəsinə çevirməyə cəhd edilib”.

Azvision.az

Teqlər:






Xəbər lenti