Ombudsman mina təhlükəsilə bağlı hesabat hazırlayıb
Hesabatın məqsədi Ermənistanın uzun müddət Azərbaycanın 20 faiz ərazilərini işğal altında saxladığı zaman mina və digər partlayıcı qurğular basdırması faktlarını, Ermənistan tərəfinin hələ də mina xəritələrinin hamısını verməkdən imtina edərək beynəlxalq humanitar hüquq norma və prinsiplərini pozduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.
Ombudsman hesabatda Ermənistan dövlətinin beynəlxalq hüquq və beynəlxalq hümanitar huquq normalarına, insan hüquqlarına etinasız yanaşaraq hələ də mina xəritələrinin hamısını verməkdən imtina etməsi, bununla 30 il müddətində doğma yurdlarından didərgin düşmüş, əhalinin həssas təbəqəsi olan məcburi köçkünlərin öz evlərinə və gündəlik həyatlarına geri dönməsinə maneə törətməsi ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını günahsız insanların həlak olmasına, sağlamlıqlarının itirilməsinə və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səylərini birləşdirməyə çağırır.
Azvision.az
Teqlər: Ombudsman