Zakir Həsənov NATO-nun Qərargah rəisi ilə görüşüb
Müxtəlif sahələrdə aparılan Azərbaycan-NATO əməkdaşlığının əsas məqsədinin Avro-Atlantik məkanda, həmçinin dünya miqyasında vahid təhlükəsizlik sisteminin yaradılmasında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılması olduğunu qeyd edən Müdafiə naziri bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Öz növbəsində diviziya generalı M.Tokel Alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini xüsusi qeyd edib. O, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Azvision.az
Teqlər: MüdafiəNazirliyi ZakirHəsənov